06 İyun 2021, 18:30
DÖYÜŞ NÖVLƏRİ
Rio-2016-nın gümüş medalçısı Fransanın paytaxtı Parisdə keçirilən Avropa Olimpiya Təsnifat Turnirində 1/2 finala yüksəlməklə Tokio-2020-də iştirak hüququna sahib olub. 69 kq çəki dərəcəsində mübarizə aparan boksçu belaruslu Aleksandr Radionovu məğlub edib.
Boks üzrə Azərbaycan milli komandası Tokio-2020 Yay Olimpiya Oyunlarına dördüncü lisenziyanı qazanıb.
Matc.az xəbər verir ki, yığmamızın heyətində Tayfur Əliyev (57 kq), Cavid çələbiyev (63 kq) və Alfonso Dominqesin (81 kq) ardınca Lorenzo Sotomayor bu uğura imza atıb.
Rio-2016-nın gümüş medalçısı Fransanın paytaxtı Parisdə keçirilən Avropa Olimpiya Təsnifat Turnirində 1/2 finala yüksəlməklə Tokio-2020-də iştirak hüququna sahib olub. 69 kq çəki dərəcəsində mübarizə aparan boksçu belaruslu Aleksandr Radionovu məğlub edib.
Qeyd edək ki, Tokio Olimpiadası bu il iyulun 23-dən avqustun 8-dək keçiriləcək.