Xorvatiya Futbol Federasiyası 2020/21 mövsümündə ölkənin ən yaxşı futbolçusunun adını açıqlayıb. Matc.az xəbər verir ki, bu ada İspaniyanın "Real" klubunda forma geyinən Luka Modriç layiq görülüb.
 
Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Yarımmüdafiəçi karyerası ərzində 8-ci dəfə ölkəsinin ən yaxşı futbolçusu seçillib. O, daha əvvəl 2007, 2008, 2011, 2014, 2016, 2017 ve 2018-ci ildə bu nominasiyada qalib olub.
 
Qeyd edək ki, Luka Modriç ötən mövsüm "Real"ın heyətində 48 oyuna çıxıb, 6 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest