_1612537251.jpg) 
 
	İdman Arbitraj Məhkəməsi (CAS) Niderlandın "Ayaks" klubunun qapıçısı Andre Onana ilə bağlı apelyasiya şikayətini qismən təmin edib. Matc.az xəbər verir ki, bu barədə CAS-ın rəsmi saytı məlumat yayıb.
	Dopinqə görə 1 illik diskvalifikasiya olunmuş kamerunlu qolkiperin cəza müddəti 9 aya endirilib. Açıqlamada Onananın həyat yoldaşına aid olan dərmanı bilmədən istifadə etdiyi diqqətə çatdırılıb. Beləliklə, yeni qərara əsasən, 25 yaşlı qapıçının cəzası bu ilin 3 noyabrında başa çatacaq.
	Xatırladaq ki, fevralın 5-də Andre Onananın qanında qadağan olunmuş furosemid maddəsi aşkarlanmışdı. Bu üzdən də UEFA onu 1 il müddətinə diskvalifikasiya etmişdi.
	Cəzaya baxmayaraq, Amsterdam təmsilçisi bir müddət əvvəl 25 yaşlı oyunçunun müqaviləsini 2024-cü ilin iyuluna qədər uzatmışdı.
				
         	
                                             
               
 
             
 








_1761598465.jpg)


_1761592149.jpg)


_1761586939.jpg)
