PSV və Mərakeş millisinin hücumçusu İsmael Saibari dünya çempionatlarında Afrika rekordunu yeniləyib.

Matc.az xəbər verir ki, bu barədə "Squawka" statistika platforması məlumat yayıb.

2026-cı il dünya çempionatının qrup mərhələsinin III turu çərçivəsində Haitiyə qarşı keçirilən matçda (4:2) ilk hissəyə əlavə olunmuş vaxtda fərqlənən Saibari komandasına mühüm qələbə qazandırıb. 25 yaşlı hücumçu turnirin I və II turlarında müvafiq olaraq Braziliya və Şotlandiya ilə qarşılaşmalarda da qol vurmağı bacarmışdı.

Bununla da Saibari dünya çempionatlarının qrup mərhələsində keçirilən hər üç oyunda qol vuran ilk afrikalı futbolçu kimi tarixə düşüb.

Xatırladaq ki, cari dünya çempionatından sonra mərakeşli forvardın 55 milyon avro qarşılığında PSV-dən "Bavariya"ya (Münhen) transfer olunacağı gözlənilir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest