"Real"ın yeni baş məşqçisi Joze Mourinyo ötən mövsüm "Arsenal"ın oyun üslubuna qarşı yönələn tənqidlərə münasibət bildirib.

Matc.az xəbər verir ki, portuqaliyalı mütəxəssis tənqidlərlə razılaşmadığını vurğulayıb:

"Bu cür tənqidlər xoşuma gəlmir. İnsanlar çalışır və komandalarının ən yaxşı keyfiyyətlərindən istifadə edərək qalib gəlməyə cəhd edirlər. "Arsenal"a gəlincə, hesab edirəm ki, onlar "Mançester Siti"nin ikinci versiyası olmağa çalışsaydılar, yəqin ki, çempionluğu qazana bilməzdilər. Amma onlar qalib gəldilər. Ona görə də qaliblərə hörmət etmək lazımdır".

Xatırladaq ki, Londonun "Arsenal" klubu İngiltərə Premyer Liqasının 2025/2026 mövsümünün çempionu olub, həmçinin Çempionlar Liqasının finalına yüksələrək Fransa PSJ-sinə uduzub – 1:1 (penaltilərlə 3:4).

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest