Madrid "Atletiko"su Leverkuzen "Bayer"inin sol cinah müdafiəçisi Alexandro Qrimaldonun transferi barədə razılıq əldə edib.

Matc.az xəbər verir ki, bu barədə insayder və jurnalist Fabrisio Romano sosial şəbəkə hesablarında məlumat yayıb.

Bildirilir ki, hazırda tərəflər sövdələşmə ilə bağlı şifahi razılığa gəliblər. "Əczaçılar"ın rəhbərliyi liderlərinin transferi müqabilində təxminən 20 milyon avro alacaq. Klublar arasındakı müqavilədə oyunçunun uğurlu çıxışına görə müxtəlif bonus ödənişləri də nəzərdə tutulacaq.

30 yaşlı ispaniyalı cinah müdafiəçisinin Almaniya klubu ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir. Nüfuzlu "Transfermarkt" portalı futbolçunun bazar dəyərini məhz 20 milyon avro qiymətləndirir.

Geridə qalan 2025/26 mövsümündə Qrimaldo bir müdafiəçi üçün fenomenal məhsuldarlıq nümayiş etdirib. İspaniyalı futbolçu bütün rəsmi turnirlərdə 46 matçda iştirak edərək 14 qol və 12 məhsuldar ötürməni aktivinə yazdırıb.

Xatırladaq ki, "Barselona" yetirməsi olan Qrimaldo 2023-cü ilin yayında Portuqaliya "Benfika"sından Leverkuzenə azad agent statusu ilə keçmişdi.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest