24 İyun 2026, 18:21
FUTBOL
"Tottenhem" Slovakiya millisinin qapıçısı Martin Dubravkanın transferini bitirməyə çox yaxındır.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.
London klubu "Bernli" və "Nyukasl"ın keçmiş qolkiperi ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb. Transferin bu gün rəsmiləşəcəyi gözlənilir. Dubravkanın "Tottenhem"də Antonin Kinskinin dublyoru olacağı bildirilir.
Digər qapıçı Qulyelmo Vikarionun isə bu yay "Tottenhem"dən ayrılacağı gözlənilir. 29 yaşlı italyan əlcək sahibi ilə Seriya A klubları, xüsusən də italyanı Emiliano Martinesə alternativ kimi görən "Yuventus" və "Napoli" yaxından maraqlanır.













