Madrid "Real"ının yarımmüdafiəçisi Cud Bellinqem İngiltərə millisinin yeni rekorduna imza atıb.

Matc.az xəbər verir ki, bu barədə "Lives Foot" məlumat yayıb.

2026-cı il dünya çempionatının ikinci turunda İngiltərə yığması Qana ilə heç-heçə edib – 0:0. Bellinqem bu qarşılaşmaya start heyətində başlayıb, 74 dəqiqə meydanda qalıb və oyunun ən yaxşısı seçilib.

Bu matç Bellinqem üçün İngiltərə millisinin heyətində yubiley – 50-ci qarşılaşma olub. Cud 22 yaş 359 günlüyündə bu göstəriciyə çatan tarixin ən gənc futbolçusu adını qazanıb.

Buna qədər rekord "Mançester Yunayted"in əfsanəvi sabiq hücumçusu Ueyn Runiyə (23 yaş 159 gün) məxsus idi. İlk üçlüyü isə Maykl Ouen (23 yaş 179 gün) qapayır.

Qeyd edək ki, Bellinqem daha əvvəl Lukas Podolskinin rekordunu qıraraq, milli komandalar səviyyəsində 4 böyük turnirdə iştirak edən ən gənc avropalı futbolçu olmuşdu.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest