“Qarabağ” klubu yeni transferini rəsmən açıqlayıb. Matc.az xəbər verir ki, Ağdam təmsilçisi bu barədə rəsmi “Youtube” kanalında paylaşım edib.
 
Sözügedən klub braziliyalı yarımmüdafiəçi Kadi Yuri Borxes Malinovskini heyətinə qatıb. 25 yaşlı futbolçu ilə 2+1 illik müqavilə imzalanıb. O, yeni komandasında “20” nömrəli formanı geyinəcək.
 
Qeyd edək ki, Kadi Yuri Borxes Malinovski peşəkar karyerasına ölkəsinin "Koritiba" klubunda başlayıb. O, son olaraq Portuqaliyanın “Vilafrankense” komandasının formasını geyinib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest