2021/22 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” klubu daha bir futbolçu ilə anlaşıb. Matc.az xəbər verir ki, “kimyaçılar” ötən mövsüm icarə əsasında komandada çıxış etmiş Eltun Turabovla bir illik müqavilə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
Eltun Turabov ötən mövsüm 14 oyunda “Sumqayıt”ın formasını geyinib. Yarımmüdafiəçi Azərbaycanın U-21 millisinin də uğurları üçün çalışıb.
 
“Sumqayıt” bundan əvvəl “Qəbələ”dən ayrılan Yusif Nəbiyev və “Keşlə”ni tərk edən Xəzər Mahmudovla müqavilə imzalamışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest