Avropa Konfrans Liqasında mübarizə aparacaq “Qarabağ” təlim-məşq toplanışını davam etdirir.
 
Matc.az xəbər verir ki, hazırda Bakıda olan Ağdam təmsilçisi hazırlığın 2-ci mərhələsi üçün Avstriyaya yollanacaq.
 
“Qarabağ” burada bir neçə yoxlama oyunu keçirəcək və rəqiblərdən biri artıq məlumdur.
 
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv yoxlama oyunu çərçivəsində Rusiyanın “Arsenal” klubu ilə qarşılaşacaq. Bu barədə Tula təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Görüş iyulun 11-də, Avstriyada keçiriləcək.
 
“Qarabağ” hazırda təlim-məşq toplanışını Bakıda davam etdirir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest