2021/22 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” FK daha bir futbolçusu ilə müqavilə müddətini artırıb.
 
Matc.az xəbər verir ki, mərkəz müdafiəçisi Höccət Haqverdi daha iki mövsüm bu komandanın şərəfini qoruyacaq.
 
Qeyd edək ki, Höccət Haqverdi ötən mövsüm 15 oyunda meydana çıxıb. O, həmçinin Azərbaycan millisinin son təlim-məşq toplanışı çərçivəsində Belarus və Moldova ilə keçirdiyi oyunlarda da çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest