"Sumqayıt" Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Serbiyanın "çukariçki" klubu ilə qarşılaşacaq. Matc.az xəbər verir ki, 1924-cü ildə əsası qoyulan bu komanda Belqrad şəhəri yaxınlığındakı çukaritsa əyalətini təmsil edir. 
 
"Sumqayıt"ın rəqibi ötən mövsümü lider "Partizan"dan 34 xal geridə, 3-cü pillədə tamamlayıb. Ev oyunlarını 4070 nəfər azarkeş tutumu olan "çukariçki" stadionunda keçirən Serbiya təmsilçisi 1996 və 1997-ci ildə UEFA İntertoto Kuboku, 2014/15, 2015/16, 2016/17 və 2019/2020 mövsümlərində Avropa Liqasının təsnifat mərhələlərində iştirak edib. 2015/16 mövsümündə Avropa Liqasının 2-ci təsnifat mərhələsində "Qəbələ" ilə qarşılaşan bu komanda ümumi hesabda 1:2 hesabı ilə məğlub olaraq, mübarizəni dayandırıb. "çukariçki" 2014/15 mövsümündə Serbiya Kubokunun qalibi, 2014/15, 2015/16 və 2020/21 mövsümlərində Serbiya çempionatının bürünc medalçısı olub.
 
Qeyd edək ki, "çukariçki" - "Sumqayıt" qarşılaşması iyulun 21-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest