"Dənizçilər"in tezliklə bu transferi açıqlaması gözlənilir. Azərbaycan yığmasında da oynamış sol cinah müdafiəçisi, vaxtilə birgə çalışdığı Aftandil Hacıyevin rəhbərliyi altında oynamağa qərar verib.

"Zirə" ilə yollarını ayıran Şəhriyar Rəhimovun yeni iş yeri müəyyənləşib. Matc.az saytının əldə etdiyi məlumata görə, 32 yaşlı futbolçu yenidən "Səbail"lə anlaşıb.
 
"Dənizçilər"in tezliklə bu transferi açıqlaması gözlənilir. Azərbaycan yığmasında da oynamış sol cinah müdafiəçisi, vaxtilə birgə çalışdığı Aftandil Hacıyevin rəhbərliyi altında oynamağa qərar verib.
 
Xatırladaq ki, Rəhimov 2018-2020-ci illər aralığında məhz "Səbail"də forma geyinib. O, "Zirə"yə də məhz bu klubdan transfer olunmuşdu.
 
Təcrübəli futbolçu əvvəllər "Keşlə", "Karvan", "Şüvəlan", "Rəvan" və "Kəpəz" klublarının da formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest