Bununla da Danimarka yığması Avropa çempionatları tarixində ilk iki turda məğlub olub, daha sonra 1/8 finala vəsiqə qazanan ilk komanda olub.

Danimarka millisi Avropa çempionatları tarixində ilkə imza atıb. Matc.az xəbər verir ki, yığma buna Avro-2020-nin 1/8 final məhələsinə vəsiqə qazanmaqla nail olub. Danimarka millisi qrup mərhələsinin ilk 2 turunda məğlub olsa da, son turda Rusiyaya (4:1) qalib gəlib. Beləliklə, komanda 3 xalla növbəti mərhələyə adlayıb. Bununla da Danimarka yığması Avropa çempionatları tarixində ilk iki turda məğlub olub, daha sonra 1/8 finala vəsiqə qazanan ilk komanda olub.
 
Qeyd edək ki, B qrupunu  Belçika 9 xalla 1-ci pillədə başa vurub. Danimarka 3 xalla ikinci olub. Rusiya da eyni xala sahib olsa da, top nisbətinə görə növbəti mərhələyə vəsiqə qazanmayıb. 3 xalı olan Finlandiyanın isə ən yaxşı 3-cü kimi 1/8 finala çıxmaq şansı var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest