"Qəbələ" daha bir futbolçu ilə yollarını ayırıb. Matc.az xəbər verir ki, müdafiəçi Vinko Medimoreç "qırmızı-qaralar"la vidalaşıb.
 
ötən ilin sentyabrından komandaya qoşulan xorvatiyalı müdafiəçi 2020/21 mövsümündə 26 oyunda 1 qol vurub. O, Premyer Liqada 23, Azərbaycan kubokunda 3 matça çıxıb. Vinko yeganə qoluna çempionat matçında imza atıb. Müqavilədə müddətin 1 il uzadılması bəndi olsa da, klub bundan yararlanmayıb.
 
Qeyd edək ki, Medimoreç yay fasiləsində "Qəbələ"dən ayrılan 11-ci futbolçu olub. Ona qədər Merab Qiqauri, Yusif Nəbiyev, Tərlan Əhmədli, Nikolas Raysel, Ceyms Adeniyi, Cavid Hüseynov, Sadiq Quliyev, ülvi İsgəndərov, Roman Hüseynov və Faiq Hacıyev yola salınıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest