"Qəbələ" ilə vidalaşan xorvatiyalı futbolçu Vinko Medimoreçin yeni klubu bəlli olub. Matc.az xəbər verir ki, o, Rumıniyanın UTA komandasına keçib.
 
Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. 25 yaşlı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb.
 
Qeyd edək ki, Arad şəhərini təmsil edən UTA klubu ötən mövsüm Rumıniyanın yüksək liqasını 10-cu pillədə başa vurub.
 
Medimoreç ötən ilin sentyabrından "Qəbələ"də çıxış edirdi. Xorvatiyalı müdafiəçi bu komandanın heyətində 2020/21 mövsümündə 26 oyunda 1 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest