Türkiyə millisinin yarımmüdafiəçisi Hakan çalhanoğlu İtaliyanın "Milan" klubundan ayrılıb.
 
Matc.az xəbər verir ki, buna onun şəhərin digər təmsilçisi "İnter"dən aldığı sərfəli təklif səbəb olub.
 
Artıq Milan təmsilçisi 27 yaşlı yarımmüdafiəçinin transferini rəsmən açıqlayıb. "İnter"in rəsmi saytının yaydığı məlumata görə, Türkiyə millisinin üzvü ilə 3 illik müqavilə imzalanıb.
 
Qeyd edək ki, Hakan çalhanoğlu 2017-ci ildən "Milan"ın formasını geyinirdi. O, geridə qalan mövsümdə bu komandanın heyətində 43 oyuna çıxıb, 9 qola imza atıb. Futbolçunun bu klubla müqaviləsi bu yaya kimi idi. Bu üzdən də o, "İnter"ə azad agent kimi keçib. Türkiyə millisinin üzvü daha öncə Almaniyada "Karlsrue", "Hamburq" və "Bayer" klublarının formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest