Voleybol üzrə Azərbaycan millisinin üzvü Odina Əliyeva karyerasını Braziliyada davam etdirəcək. Matc.az xəbər verir ki, bu barədə Braziliya mətbuatı məlumat yayıb.
 
Xəbərdə 31 yaşlı hücumçunun bu ölkənin "Bauru" klubu ilə razılığa gəldiyi diqqətə çatdırılıb. Klubdan da bu məlumatı təsdiqləyiblər. Odinanın bu klubun 2021/22 mövsümü öncəsi ilk transferi olduğu diqqətə çatdırılıb.
 
Qeyd edək ki, Azərbaycan millisinin sabiq voleybolçusu Polina Rəhimova da "Bauru" klubunda çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest