Küveyt milli komandasının futbolçusu Bader əl-Mutava yığma ilə ən çox oyun keçirən futbolçu ünvanını qazanıb və dünya rekordçusu olub.
 
Matc.az xəbər verir ki, 36 yaşlı hücumçu Ərəb kuboku çərçivəsində Bəhreynə qarşı keçirilən oyunda (0:2) iştirak edib.
 
Bu, Bader üçün millidəki 185-ci oyun olub. Hücumçu milli komanda ilə ən çox oyun keçirən futbolçu olub.
 
Bundan əvvəlki rekord 184 oyunla Misir millisinin sabiq futbolçusu Əhməd Hassana məxsus idi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest