Argentina millisinin keçmiş futbolçusu Dieqo Maradonanın həkimi Leopoldo Luke iyunun 28-də məhkəmədə ifadə verəcək. Matc.az xəbər verir ki, bu barədə İspaniyanın "Mundo Deportivo" nəşri məlumat yayıb. Luke mərhum futbolçunun yerinə bəzi vacib sənədlərə imza atmaqda günahlandırılır.
 
Maradonanın saxta imzasının olduğu sənədlər Leopoldonun ofisində və evində tapılıb.
 
Maradona 2020-ci ilin noyabrın 25-də 60 yaşında vəfat edib. Onun xroniki ürək çatışmazlığından qaynaqlanan kəskin ağciyər ödəmi nəticəsində öldüyü bildirilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest