Qeyd edək ki, "Neftçi" bundan əvvəl iki yarımmüdafiəçi - paraqvaylı Sezar Meza Kolli və San-Tome və Prinsipidən olan Harramiz Suaresi transfer edib.

"Neftçi" növbəti transferini rəsmiləşdirib. Matc.az xəbər verir ki, paytaxt klubu "Sumqayıt"ın yarımmüdafiəçisi Xəyal Nəcəfovla 2 illik müqavilə bağlayıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Xəbərdə 23 yaşlı yarımmüdafiəçinin bu komandanın heyətində "97" nömrəli formanı geyinəcəyi diqqətə çatdırılıb.
 
2015-ci ildən "Sumqayıt"da çıxış edən Xəyal Nəcəfov Azərbaycan milli komandasının üzvüdür.
 
Qeyd edək ki, "Neftçi" bundan əvvəl iki yarımmüdafiəçi – paraqvaylı Sezar Meza Kolli və San-Tome və Prinsipidən olan Harramiz Suaresi transfer edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest