27 İyun 2021, 20:48
DÖYÜŞ NÖVLƏRİ
Sabah Almaniyanın Dortmund şəhərində gənc güləşçilərin Avropa çempionatı start götürəcək. Matc.az xəbər verir ki, ilk 3 yarış günündə sərbəst güləşçilər nəyə qadir olduqlarını nümayiş etdirəcəklər.
Bu gün güləşin bu növündə bütün çəkilər üzrə püşkatma mərasimi keçirilib.
57 kq
1/8 final: Murad Haqverdiyev – Ahmet Karavuş (Türkiyə)
61 kq
1/8 final: Kənan Heybətov – Nikita Zubal (Ukrayna)
65 kq
Təsnifat: Sabir Cəfərov – Tomas Şoerqo (Slovakiya)
70 kq
1/8 final: Turan Bayramov – Nikita Demçanka (Belarus) / Simon Monz (Almaniya)
74 kq
Təsnifat: Cəbrayıl Hacıyev – Mixail Ursu (Moldova)
79 kq
1/8 final: Səbuhi Əmiraslanov – Rasul Asluyev (Rusiya)
86 kq
Təsnifat: Fuad Mayılov – Coşua Morodion (Almaniya)
92 kq
1/8 final: Abdulcəlil Şabanov – İslam Kilçukov (Rusiya)
97 kq
1/8 final: Zəfər Əliyev – Luka Xutçua (Gürcüstan)
125 kq
1/4 final: Aydın Əhmədov (125 kq) – Şaba Ubornyak (Macarıstan)
Yarışın proqramına əsasən, sabah 57, 65, 70, 79 və 97 kq-da çıxış edən güləşçilər xalça üzərinə çıxacaq. İkinci yarış günündə isə 61, 74, 86, 92 və 125 kq-da yer alan pəhləvanlar mübarizəyə qoşulacaq.