Dünya Güləş Birliyinin (UWW) Büro üzvü Namiq Əliyevə ali qurum tərəfindən məsul vəzifə həvalə olunub. Matc.az xəbər verir ki, Azərbaycan Güləş Federasiyasının prezident əvəzi sabah Almaniyanın Dortmund şəhərində start götürəcək gənclərin Avropa çempionatında UWW-nin texniki nümayəndəsi kimi fəaliyyət göstərəcək.
 
Qarşıdakı bir həftə boyunca yarışa rəhbərlik edəcək Namiq Əliyev bu gün keçirilən iclasda və püşkatma mərasimində iştirak edib.
 
Tədbirdə pandemiya şəraitində UWW tərəfindən müəyyən edilmiş təhlükəsizlik tədbirləri, müvafiq qaydalar komandaların məşqçilərinin diqqətinə çatdırılıb. Son aylarda yarışlarda olduğu kimi, bu dəfə də görüş zamanı xalçanın kənarında əyləşəcək məşqçilər və mükafatlandırma mərasimində təltif olunacaq güləşçilər mütləq şəkildə maskadan istifadə etməlidir. Eyni zamanda, qarşılaşmaları idarə edəcək hakimlər də xalçada olarkən xüsusi qoruyucu vasitədən yararlanmalıdır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest