Yığmamızın baş məşqçisi Vüqar Əliyevin rəhbərliyi altında təlim-məşq toplanışına 15 oyunçu qatılıb. Eldar Yusubov, Famil Ağayev və Emin Əbilovun köməkçi çalışdırıcı olduğu komandamızın hazırlığı iyunun 28-dən avqustun 11-dək davam edəcək.

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatına hazırlığını davam etdirir. Matc.az xəbər verir ki, komandamız bu gün Mingəçevir "Kür" Olimpiya Tədris-İdman Mərkəzində təlim-məşqlərə start verib.
 
Yığmamızın baş məşqçisi Vüqar Əliyevin rəhbərliyi altında təlim-məşq toplanışına 15 oyunçu qatılıb. Eldar Yusubov, Famil Ağayev və Emin Əbilovun köməkçi çalışdırıcı olduğu komandamızın hazırlığı iyunun 28-dən avqustun 11-dək davam edəcək.
 
Qeyd edək ki, avqustun 18-dən sentyabrın 4-dək olacaq Avropa çempionatının final mərhələsində 24 komanda, 4 qrupda mübarizə aparacaq. Oyunlara 4 ölkə – Bolqarıstan, Rumıniya, Serbiya və Xorvatiya ev sahibliyi edəcək. A qrupunda mübarizə aparacaq komandamızın rəqibləri ev sahibi Serbiya ilə yanaşı, Belçika, Rusiya, Fransa və Bosniya və Herseqovina yığmaları olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest