"Sabah"ın yay hazırlıq planı bəlli olub. Matc.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
 
Komanda iyulun 1-də Bakıda yığışacaq. Təlim-məşq toplanışının ilk iki həftəsi paytaxtda baş tutacaq.
 
İyulun 15-də Gürcüstanın Tiflis şəhərinə yollanacaq "ağ-göylər", iki həftə bu ölkədə hazırlıq keçəcək.
 
Bakıda 2, Tiflisdə isə 4 sınaq matçının keçirilməsi nəzərdə tutulub. Komanda iyulun 9-da "Bank Respublika Arena"da "Zirə" ilə yoxlama oyununda qüvvəsini sınayacaq. Digər rəqiblər barədə məlumat veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest