Polşanın "Legiya" klubu yeni mövsümə hazırlıq çərçivəsində daha bir yoxlama oyunu keçirib. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Mahir Emrelinin formasını geyindiyi klub "Lexiya" ilə qarşılaşıb.
 
Beş qolun qeydə alındığı oyun "Legiya"nın qələbəsiylə yekunlaşıb – 3:2.
 
Mahir də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və fasilədə əvəzlənib.
 
Qeyd edək ki, Emreli bundan əvvəl meydana çıxdığı 2 yoxlama görüşündə 4 qola imza atmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest