Almaniyanın "Bavariya" klubu müdafiəçisi Yosip Stanişiçlə müqavilənin müddətini artırıb. Matc.az xəbər verir ki, bu barədə Münhen təmsilçisinin rəsmi saytı məlumat yayıb. 21 yaşlı futbolçu ilə 2 illik yeni müqavilə imzalanıb. 
 
Yosip Stanişiç 2017-ci ildən "Bavariya"nın sıralarındadır. O, artıq Bundesliqa nəhənginin əsas komandasında da debüt edib. Lakin daha çox münhenlilərin ikinci komandasında forma geyinir.
 
Almaniya vətəndaşlığına malik futbolçu bu ölkənin U-19 yığmasında da oynayıb.
 
"Bavariya" digər gənc müdafiəçisi Lars Lukas Mayı da "Verder"ə icarəyə verib. Klubun rəsmi saytının yaydığı məlumata görə, 21 yaşlı alman futbolçu qarşıdakı mövsümdə Bremen təmsilçisinin uğurları üçün çalışacaq. Lars geridə qalan mövsümdə də "Darmştadt"da icarədə oynayıb. 2014-cü ildən "Bavariya"nın sıralarında olan May, bu klubun əsas komandasında da debüt etməyə fürsət tapıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest