Avqustun 18-dən sentyabrın 4-dək keçiriləcək Avropa çempionatında mübarizə aparacaq qadın voleybolçulardan ibarət Azərbaycan millisinin oyunlarının təqvimi təsdiq olunub.
 
Matc.az xəbər verir ki, final mərhələsində A qrupunda yer alacaq yığmamız görüşlərini Serbiyanın paytaxtı Belqradda keçirəcək. 
 
Komandamızın rəqibləri meydan sahibləri, Bolqarıstan, Rusiya, Belçika, Fransa, Bosniya və Herseqovina olacaq.
 
Qeyd edək ki, qitə birinciliyinə Serbiya, Bolqarıstan, Xorvatiya və Rumıniya ev sahibliyi edəcək.
 
20 avqust
17:00. Azərbaycan - Belçika
 
21 avqust
18:00. Azərbaycan – Bosniya və Herseqovina
 
22 avqust
17:00. Rusiya – Azərbaycan
 
24 avqust
20:00. Azərbaycan - Serbiya
 
25 avqust
17:00. Fransa – Azərbaycan

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest