Futbol üzrə Amerika Kubokunda 1/4 final mərhələsinə yekun vurulub. Matc.az xəbər verir ki, bu gün son iki yarımfinalçının adına aydınlıq gəlib.
 
Əvvəlcə Kolumbiya və Uruqvay yığmaları üz-üzə gəlib. Matçın əsas və əlavə vaxtı 0:0 hesabı ilə başa çatıb. Buna görə də qalibi 11 metrlik cərimə zərbələri ilə müəyyənləşdirmək lazım gəlib. Penaltilər seriyasında kolumbiyalılar 4:2 hesabı ilə üstün olublar.
 
Sonuncu yarımfinal görüşü Argentina və Ekvador yığmaları arasında baş tutub. Argentinalılar bu oyunda üç cavabsız qola seviniblər.
 
Beləliklə, yarımfinalda Braziliya Perunu, Argentina Kolumbiyanı sınağa çəkəcək. Oyunlar 6-7 iyulda keçiriləcək.
 
Amerika Kuboku
4 iyul
 
Uruqvay – Kolumbiya 0:0 (penaltilər 2:4)
 
Argentina – Ekvador 3:0
Qol: Rodriqo De Paul, 40. Lautaro Martines, 84. Lionel Messi, 90+3.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest