Portuqaliyanın Koimbra şəhərində gənc cüdoçular arasında keçirilən Avropa kubokuna yekun vurulub. Matc.az xəbər verir ki, beynəlxalq turnirin son günündə Azərbaycan cüdoçuları 2 bürünc medal qazanıblar. 
 
Elcan Hacıyev (81 kq) və Ruslan Nəsirli (100 kq) Portuqaliyadakı yarışı 3-cü yerdə başa vurublar. 
 
Beləliklə milli komandamız Avropa kubokunda 1 qızıl və 3 bürünc medal qazanıb.
 
Yarışın ilk günündə Turan Bayramov (60 kq) qızıl və Nəriman Mirzəyev (66 kq) bürünc medala layiq görülmüşdü.
 
Qeyd edək ki, Avropa kubokunda 24 ölkədən 306 cüdoçu yarışıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest