12 Yanvar 2019, 22:44
DÖYÜŞ NÖVLƏRİ
Avstriyanın Mittersill şəhərində cüdo üzrə ənənəvi beynəlxalq təlim-məşq toplantısı keçirilir. Matç.az xəbər verir ki, toplanışda dünyanın 52 ölkəsinin atletləri ilə yanaşı Azərbaycan cüdoçuları da iştirak edirlər.
Mittersill toplanışına bu dəfə də olimpiya, dünya, qitə çempionatlarının mükafatçıları, onların məşqçiləri qatılıblar. Milli komandamızın üzvləri baş məşqçi Ruslan Maşurenkonun başçılığı altında gündə 2 dəfə məşq edərək mötəbər yarışlara hazırlaşırlar. Beynəlxalq toplanış yanvarın 15-dək davam edəcək.