AFFA-nın Hakimlər Komitəsinin sədri Frits Stuxlik UEFA-dan yeni təyinat alıb. Matc.az xəbər verir ki, avstriyalı funksioner Polşanın "Legiya" və Norveçin "Budo Qlimt" komandaları arasında çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyununun hakim-inspektoru olacaq.
 
Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. Sözügedən qarşılaşma iyulun 14-də Varşavada keçiriləcək.
 
Qeyd edək ki, Azərbaycan millisinin hücumçusu Mahir Emreli "Legiya"da çıxış edir. O, bu yay sözügedən klubla 3+1 illik müqaviləyə imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest