Türkiyənin "Rizəspor" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi "Fənərbaxça"nın sabiq futbolçusu Alper Potuku transfer edib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 30 yaşlı yarımmüdafiəçi yeni klubu ilə 2 illik sözləşmə imzalayıb.
 
2013-2020-ci illər aralığında "Fənərbaxça"da çıxış edən Alperin son klubu "Ankaragücü" olub.
 
"Rizəspor" Yunanıstandan olan futbolçusu Dimitrios Xatziisayasla da yollarını ayırdığını açıqlayıb. Tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Futbolçuya xidmətlərinə görə təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest