İspaniyanın "Xetafe" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, La Liqa təmsilçisi "Barselona"dan Karles Alenyanı transfer edib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 23 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.
 
"Barselona"nın yetirməsi olan Alenya ötən mövsümü icarə əsasında "Xetafe"də keçirmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest