Argentina ilə Braziliya milli komandaları arasında iyulun 11-də keçiriləcək Amerika kubokunun final matçına məhdud sayda azarkeş buraxılacaq. Matc.az xəbər verir ki, bu barədə "Globo Esporte" nəşri mətbuatı məlumat yayıb. Braziliyada yerləşən "Marakana" stadionunda keçiriləcək final oyununa 7,800 azarkeş buraxılacaq.
 
"Marakana"nın tutumu 78 min nəfərdir. Ancaq koronavirus pandemiyasına görə oyuna stadionun tutumunun 10 faizi qədər azarkeş buraxılacaq.
 
İyulun 11-də keçiriləcək Argentina – Braziliya matçı saat 04:00-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest