Türkiyənin "Konyaspor" klubu iki futbolçu ilə müqavilənin müddətini artırıb. Matc.az xəbər verir ki, bosniyalı Amir Hacıahmetoviç və braziliyalı Gilyerme Sitya ilə yeni müqavilə imzalanıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Hacıahmetoviç 2, Sitya isə 1 illik müqaviləyə imza atıb.
 
Hacıahmetoviç 2016-cı ildən "Konyaspor"un uğurları üçün çalışır. 24 yaşlı yarımmüdafiəçi əvvəllər ölkəsində "Jelezniçar"ın formasını geyinib. Amir, Bosniya və Herseqovina yığmasına da dəvət alır.
 
Sitya isə 2020-ci ildən "Konyaspor"dadır. 31 yaşlı braziliyalı sol cinah müdafiəçisi Türkiyə klubuna Polşa "Yagelloniya"sından gəlib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest