UEFA çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab matçlarından sonra statistik nəticələri açıqlayıb. Matc.az xəbər verir ki, ən yaxşı göstəriciləri olan oyunçular arasında milli komandamızın hücumçusu Mahir Emreli də var. Varşavanın "Legiya" klubunun yeni transferi olan Emreli "Budyo-Qlimt"ə (Norveç) qarşı çL-in matçlarında uğurlu oyunu ilə diqqət çəkib. UEFA-nın hesabatından göstərilir ki, həmin görüşlərdə futbolçumuzun vurduğu 5 zərbə qapı çərçivəsinə gedib. Bu göstəricəyə görə, o, 2-ci sırada qərarlaşıb. İlk pilləni isə 6 zərbə ilə Monteneqronun "Buduçnost" komandasının yarımmüdafiəçisi Miloş Raiçkoviç tutur.
 
Mahirin çərçivəyə gedən 5 zərbəsindən 2-si qolla nəticələnib. M.Emreli həm də bombardirlər siyahısında yer alıb. O, 2 qolla 4-5-ci yerləri bölüşdürür ("Linkoln"lu De Barrla birgə). İlk üç yerdə qərarlaşan Ri Riski (HİK), E.Krasniçi ("Priştina") və Uzuni ("Verensvaroş") isə 3 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest