İtaliyanın "Cenoa" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, A Seriyası təmsilçisi italiyalı qapıçı Lorenso Andrenaççini transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 26 yaşlı qolkiperlə 1 illik müqavilə imzalanıb.
 
"Cenoa" bu transferə görə xərcə düşməyib. Buna qapıçının azad agent statusu daşıması şərait yaradıb.
 
Lorenso Andrenaççi "Milan"ın yetirməsidir. Lakin o, peşəkar karyerasına 2014-cü ildə transfer olunduğu "Breşiya"da başlayıb. Bu klubda olarkən o, "Komo" və "Fano" komandalarında icarədə də oynayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest