"Ağ-qaralar" UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Yunanıstan "Olimpiakos"una uduzsa, AL-in 3-cü raundunda "Malmö" (İsveç) / HİK (Finlandiya) cütünün məğlubu ilə qarşılaşacaq.

Futbol üzrə Avropa Liqasında (AL) 3-cü təsnifat mərhələsinin püşkü atılıb. Matc.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən püşkatmada Azərbaycan çempionu "Neftçi"nin də potensial rəqibi bəlli olub.
 
"Ağ-qaralar" UEFA çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Yunanıstan "Olimpiakos"una uduzsa, AL-in 3-cü raundunda "Malmö" (İsveç) / HİK (Finlandiya) cütünün məğlubu ilə qarşılaşacaq.
 
Avropa Liqası
3-cü təsnifat mərhələsi
 
"Dinamo" (Zaqreb, Xorvatiya) / "Omoniya" (Kipr) cütünün məğlubu - "Legiya" (Polşa) – "Flora" (Estoniya) cütünün məğlubu
 
"Mura" (Sloveniya) - "Ludoqorets" (Bolqarıstan) cütünün məğlubu - "Ferentsvaroş" (Macarıstan) / "Jalgiris" (Litva) cütünün məğlubu
 
"Kayrat" (Qazaxıstan) / "Srvena Zvezda" (Serbiya) cütünün məğlubu - "Alaşkert" (Ermənistan) / "Şerif" (Moldova) cütünün məğlubu
 
"Linkoln" (Cəbəllütariq) / çFR Kluj (Rumıniya) cütünün məğlubu - "Slovan" (Slovakiya) / "Yanq Boyz" (İsveçrə) cütünün məğlubu
 
"Olimpiakos" (Yunanıstan) / "Neftçi" (Azərbaycan) cütünün məğlubu - "Malmö" (İsveç) / HİK (Finlandiya) cütünün məğlubu
 
Qeyd edək ki, bu mərhələnin matçları 5 - 12 avqustda oynanılacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest