"Bu həftə yeni komandama qoşulmağı səbrsizliklə gözləyirəm. Hədəflərim yüksəkdir və yaxşı nəticələrə ümid edirəm"

Azərbaycan millisinin voleybolçusu Odina Əliyeva Braziliyanın "Sesi" klubuna keçidi barədə danışıb. Matc.az xəbər verir ki, 31 yaşlı hücumçu yerli mətbuata açıqlamasında cənubi amerikalıları çox sevdiyini söyləyib: 
 
"Həmişə xəyallarımdan biri Braziliyada oynamaq idi. Bu fürsətə sahib olduğum üçün çox xoşbəxtəm. Əminəm ki, Braziliyada evimdəki kimi hiss edəcəyəm. Bu həftə yeni komandama qoşulmağı səbrsizliklə gözləyirəm. Hədəflərim yüksəkdir və yaxşı nəticələrə ümid edirəm".
 
Qeyd edək ki, Odina Əliyeva ötən mövsüm ABŞ-ın Pro Liqasında mübarizə aparan "Atletes Unlimited"in formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest