Rəqib Avropa çempionatının iştirakçıları olacaq Belarus və Macarıstan milliləridir. Hər iki komanda artıq Bakıdadır və bu gün AVF-nin idman zalında ilk məşqini keçirib.

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatına hazırlığı Bakıda davam etdirir. Matc.az xəbər verir ki, hazırlıq planına uyğun olaraq yığmamız iyulun 26-na kimi paytaxtda təlim-məşqlərlə bərabər bir neçə yoxlama  görüşü də keçirəcək.
 
Rəqib Avropa çempionatının iştirakçıları olacaq Belarus və Macarıstan milliləridir. Hər iki komanda artıq Bakıdadır və bu gün AVF-nin idman zalında ilk məşqini keçirib.
 
Yoxlama oyunları Azərbaycan Voleybol Federasiyasının idman zalında və Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Kompleksində keçiriləcək. 
 
21 iyul
16:30. Azərbaycan – Macarıstan (FHN)
 
22 iyul
16:30. Azərbaycan – Belarus (FHN)
 
23 iyul
16:30. Azərbaycan – Macarıstan (AVF)
 
25 iyul
10:30. Azərbaycan – Belarus (AVF)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest