Bu gün Avropa Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin daha bir oyunu baş tutub. Matc.az xəbər verir ki, günün yeganə qarşılaşması “Sumqayıt”la Serbiyanın “Çukariçki” komandası arasında baş tutub.

Azərbaycan təmsilçisi bu rəqiblə ilk matçına səfərdə çıxıb. İlk oyunda qapılara qol vurulmayıb.

Komandalar arasındakı cavab oyunu iyulun 29-da Sumqayıtda keçiriləcək.

Azərbaycanı bu turnirdə təmsil edəcək digər komandalar – “Qarabağ”la “Keşlə” isə ilk matçını sabah keçirəcək.

Avropa Konfrans Liqası
2-ci təsnifat mərhələsi
21 iyul

Çukariçki – Sumqayıt 0:0
Baş hakim: Fedayi San (İsveçrə).
Belqrad. “Çukariçki” stadionu.

Çukariçki: 12. Corce Petroviç, 5. Marko Doçiç (k), 6. Miladin Stevanoviç, 9. Corce Yovanoviç, 19. Strahinya Tanasiyeviç, 22. Srcan Miyailoviç, 27. Milan Saviç, 65. Stefan Şapiç, 70. Aleksa Yankoviç, 77. Stefan Kovaç, 86. Boyan Roqanoviç.
Ehtiyat oyunçular: 1. Nemanya Beliç, 35. Novak Miçoviç, 2. Viktor Roqan, 3. Nemanya Toşiç, 7. Marko Rakonyaç, 11. Norman Kempbell, 20. Asmir Kayeviç, 23. Stefan Çoloviç, 26. Uroş Drezgiç, 72. İbrahima Ndiaye, 80. Nikola Çoliç, 88. Yovan Lukiç.
Məşqçi: Pavle Delibaşiç.
Sumqayıt: 13. Aydın Bayramov, 4. Höccət Haqverdi, 5. Cəmaləddin Xocaniyazov, 6. Vüqar Mustafayev (k), 9. Əli Qurbani, 10. Rəhim Sadıxov, 11. Rüfət Abdullazadə, 14. Elvin Bədəlov, 17. Murad Xaçayev, 18. Süleyman Əhmədov, 74. Yusif Nəbiyev.
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 71. Hüseynəli Quliyev, 2. Dmitri Nağıyev, 3. Vurğun Hüseynov, 8. Səbuhi Abdullazadə, 19. Xəzər Mahmudov, 20. Roman Hüseynov, 33. Eltun Turabov, 37. Nicat Əliyev, 60. Elvin Məmmədov.
Baş məşqçi: Ayxan Abbasov.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest