Azərbaycanın veteran futbolçusu Müzəffər Qasımov vəfat edib. Matc.az xəbər verir ki, o, 80 yaşında Gəncədə dünyasını dəyişib. Qasımov bu gün dəfn olunacaq.
 
Müzəffər Qasımov “Kəpəz”in Müşahidə Şurasının üzvü idi. Keçmiş oyunçunun karyerası əsasən Gəncənin “Dinamo” klubu ilə bağlı olub. O, bölgə təmsilçisində baş məşqçi kimi də fəaliyyət göstərib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest