Tokio-2020 Yay Olimpiya Oyunlarında cüdo yarışlarının püşkü atılıb. Matc.az xəbər verir ki, Azərbaycan idmançılarının də rəqibləri bəlli olub. Cüdoçuların mübarizəsinə iyulun 24-də start veriləcək. Azərbaycan tarixdə ilk dəfə olaraq olimpiadada 9 idmançı ilə təmsil olunur. Tatamiyə öncə Kəramət Hüseynov və Aişə Qurbanlı çıxacaq. Olimpiadada cüdo yarışları iyulun 31-də yekunlaşacaq.
 
Kişilər
 
60 kq
Kəramət Hüseynov - Eşli Makkenzi (Böyük Britaniya)
 
66 kq
Orxan Səfərov - Erlan Serikjanov (Qazaxıstan)
 
73 kq
Rüstəm Orucov - Musa Moquşkov (İOC, Rusiya)
 
81 kq
Murad Fətiyev - Frederik Harris (Sierra Leone)
 
90 kq
Məmmədli Mehdiyev - Rafael Makedo (Braziliya) / İslam Bozbayev (Qazaxıstan) cütünün qalibi
 
100 kq
Zelim Kotsoyev - Aleksandr İddir (Fransa)
 
+100 kq
Uşangi Kokauri - Matsey Sarnaçki (Polşa)
 
Qadınlar
 
48 kq
Aişə Qurbanlı - Katarina Koşta (Portuqaliya)
 
+78 kq
İrina Kindzerska - İzayana Marenko (Nikaraqua) / Larisa Tseriç (Bosniya və Herseqovina) cütünün qalibi
 
 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest