Tokio-2020 Yay Olimpiya Oyunlarında çıxış edəcək Azərbaycan taekvonduçularının ilk rəqibləri bəlli olub. Matc.az xəbər verir ki, 80 kq çəki dərəcəsindəki Milad Beigi Hərçəqani ilk olaraq çin-Taypeyini təmsil edən Vei-Ting Liu ilə üz-üzə gələcək.
 
Qadın taekvondoçu Fəridə Əzizova isə Paige Mcphersonla (ABŞ) görüşəcək.
 
Taekvonda yarışlarına iyulun 24-də start veriləcək. Hər iki idmançı mübarizəyə iyulun 26-da başlayacaq.
 
Qeyd edək ki, Tokio-2020-nin açılış mərasimi iyulun 23-də olacaq. Olimpiadaya avqustun 8-də yekun vurulacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest