22 İyul 2021, 17:24
DÖYÜŞ NÖVLƏRİ
Macarıstanın paytaxtı Budapeştdə yeniyetmə güləşçilərin dünya çempionatı davam edir. Matc.az xəbər verir ki, mundialın son 3 günündə yunan-Roma güləşi üzrə mübarizə baş tutacaq.
Dünən Budapeştə yollanan millimizin heyətində böyük məşqçi Taleh İsrafilov, məşqçilər Nazim Əhmədovla Rasim Ağayevin rəhbərliyi altında Rahim Həsənov (45 kq), Fəraim Mustafayev (48 kq), Rəhman Kərimov (51 kq), Məhəmməd Şükürzadə (55 kq), Fərid Xəlilov (60 kq), İsmayıl Rzayev (65 kq), Ruslan Nurullayev (71 kq), Cocu Səmədov (80 kq) və Əli Quliyev (92 kq) yer alıb. Bu gün bütün çəkilər üzrə püşkatma mərasimi keçiriləcək və güləşçilərimizin ilk rəqibləri müəyyənləşəcək.
Qeyd edək ki, yığmamız ötən ay Bolqarıstanın Samokov şəhərində komanda hesabında Avropa çempionu olub.