Türkiyə güləşçisini də məğlub edən Ruzanna finala vəsiqə qazanıb. İyulun 23-də keçirilən həlledici görüşdə Hindistan idmançısıyla qarşılaşan Məmmədova rəqibinə uduzaraq gümüş medalı boynundan asıb.

Macarıstanın paytaxtı Budapeştdə yeniyetmə güləşçilərin dünya çempionatı davam edir. Matc.az xəbər verir ki, dördüncü yarış günündə 40, 46, 53, 61 və 69 kq-da çıxış edən qızlar mübarizəyə qoşulub.
 
Yarışa 1/4 finaldan start verən Elvina Kərimzadə Polşa təmsilçisi üzərində "tuşe" ilə qələbə qazanaraq yarımfinala yüksəlib. Finalın bir addımlığında rumıniyalı rəqibinə minimal fərqlə uduzan Elvina iyulun 23-də bürünc medal uğrunda güləşib və rusiyalı güləşçiyə məğlub olaraq 5-ci yerlə kifayətlənib.
 
Ruzanna Məmmədova təsnifat mərhələsində qazax güləşçiyə tam üstünlüklə qalib gələrək Dç-yə inamlı start verib. Rumıniyalı rəqibindən də güclü olan Məmmədova adını yarımfinala yazdırıb. Türkiyə güləşçisini də məğlub edən Ruzanna finala vəsiqə qazanıb. İyulun 23-də keçirilən həlledici görüşdə Hindistan idmançısıyla qarşılaşan Məmmədova rəqibinə uduzaraq gümüş medalı boynundan asıb.
 
40 kq
1/4 final: Elvina Kərimzadə - Dominika Konkel (Polşa) 4:0 (tuşe)
1/2 final: Elvina Kərimzadə - Aleksandra Voikulesku (Rumıniya) 5:6
Bürünc medal görüşü: Elvina Kərimzadə - Tana Tiuliuş (Rusiya) 0:8
 
46 kq
Təsnifat: Ruzanna Məmmədova - Aliyə Daulet (Qazaxıstan) 10:0
1/4 final: Ruzanna Məmmədova - Kristina Bayan (Rumıniya) 4:0
1/2 final: Ruzanna Məmmədova - Şevval çayır (Türkiyə) 2:0
Final: Ruzanna Məmmədova - Komal Komal (Hindistan) 2:7

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest