Tokio-2020-də kişi voleybolçuların mübarizəsinə start verilib. Matc.az xəbər verir ki, "Ariake Arena"nın ev sahibliyi etdiyi açılış oyununda A qrupunu təmsil edən İtaliya və Kanada milliləri qarşılaşıb.

"Apenninlilər" oyunun favoriti hesab olunsalar da, müqavimətlə üzləşiblər. İlk iki setdən Kanada yığması qalib ayrılıb. Bununla belə, Rio-2016-nın gümüş medalçıları qarşılaşmada geridönüş etməyi bacarıblar. Digər üç seti aktivinə yazdıran İtaliya rəqibini 3:2 hesabı ilə məğlub edərək, Yay Olimpiya Oyunlarına qələbə ilə başlayıb. Alessandro Mikyeletto (24 xal) və Osmani Xuantorena (21 xal) qalibiyyətdə önəmli pay sahibi olublar.

Ev sahibi Yaponiya Venesuelaya set vermədən qələbə qazanıb. Günün sürprizi isə Polşa - İran matçında qeydə alınıb. "Farslar" son iki dünya çempionatının qalibi olan polyakları 3:2 hesabı ilə məğlub etməyi bacarıblar.

Ardınca B qrupunda ilk görüş keçirilib. 2016-cı il Yay Olimpiya Oyunlarının çempionu Braziliya Tunislə üz-üzə gəlib. Cənubi amerikalılar sürprizə imkan verməyiblər. Oyun Braziliyanın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. ROK (Rusiya Olimpiya Komitəsi) isə Argentinadan güclü olub.

Tokio-2020 Voleybol
Kişilər
Qrup mərhələsi I tur

A qrupu

İtaliya - Kanada - 3:2 (26:28, 18:25, 25:21, 25:18, 15:11)
Yaponiya - Venesuela - 3:0 (25:21, 25:20, 25:15) Polşa - İran - 2:3 (25:18, 22:25, 22:25, 25:22, 21:23)

B qrupu

Braziliya - Tunis - 3:0 (25:22, 25:20, 25:15)

ROK (Rusiya Olimpiya Komitəsi) - Argentina - 3:1 (21:25, 25:23, 25:17, 25:21)

ABŞ - Fransa - 0:0 (3:0-davam edir)

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest