Tokio-2020-də qadın voleybolçuların mübarizəsinə start verilib. Matc.az xəbər verir ki, açılış oyununda İtaliya ROK-a (Rusiya Olimpiya Komitəsi) set verməyib. Eyni hesabla ABŞ Argentinanı, Serbiya isə Dominikan Respublikasını məğlub edib. 
 
Günün mərkəzi matçı B qrupunda çin və Türkiyə arasında oynanılıb. "Ay-ulduzlular" Rio-2016-nın qalibi və Tokio-2020-nin əsas favoriti hesab olunan çin millisini "quru hesab"la məğlub edərək sürprizə imza atıblar. 
 
Yaponiya - Keniya, Braziliya - Cənubi Koreya görüşlərində favoritlərin qələbəsi qeydə alınıb. Yaponiya və Braziliya aktivlərinə ilk qələbələrini yazıblar. 
 
A qrupu 
Serbiya - Dominikan Respublikası - 3:0 (25:18, 25:12, 25:20) 
Yaponiya - Keniya - 3:0 (25:15, 25:11, 25:23) 
Braziliya - Cənubi Koreya - 3:0 (25:10, 25:22, 25:19) 
 
B qrupu 
ROK (Rusiya Olimpiya Komitəsi) - İtaliya - 0:3 (23:25, 19:25, 14:25) 
ABŞ - Argentina - 3:0 (25:20, 25:19, 25:20) 
çin - Türkiyə - 0:3 (21:25, 14:25, 14:25)
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest